Ukrayna rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan etdi
17 iyul 2015 11:17 (UTC +04:00)

Ukrayna rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

 

Rusiya Federasiyasının Ukraynanın Odessa şəhərindəki baş konsulu səlahiyyətlərinin icraçısı “persona non-qrata” (arzuolunmaz şəxs) elan edilib.

 

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, Ukrayna Xarici İşlər Nazirliyi ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) materialları əsasında diplomatı ölkədən çıxarıb. “Konsul əlaqələri haqqında Vyana Konvensiyasının 23-cü maddəsinə uyğun olaraq Ukrayna XİN Rusiya tərəfinə bu ölkənin Odessadakı baş konsulu səlahiyyətlərinin icraçısının təcili şəkildə bizim ölkəmizin ərazisini tərk etməsi barədə nota təqdim edib”, - deyə açıqlamada bildirilir.

 

SBU-nin rəhbəri Vasili Qritsak qərarın həmin şəxsin diplomatik fəaliyyətlə bir araya sığmayan addımları səbəbi ilə qəbul olunduğunu söyləyib. Artıq rusiyalı diplomat Ukraynanı tərik edib. 

 

Qeyd edək ki, Rusiyanın Ukraynadakı səfirliyinin saytında Odessada baş konsul səlahiyyətlərinin icraçısı kimi Valeri Şibenko göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar