Ukrayna prezidenti Pyotr Poroşenko parlament fraksiyalarının Ali Radaya növbədənkənar seçkilərlə bağlı təşəbbüsünü dəstəkləyib. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, P.Poroşenko fraksiya rəhbərləri ilə görüşdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı addımların koordinasiyasını müzakirə edib.
Görüşdə həmçinin prezidentin ölkə konstitusiyasının dəyişdirilməsi ilə bağlı təşəbbüsünə toxunulub. P.Poroşenko hakimiyyət sisteminin effektiv işləməsi üçün prezident, parlament və hökumət arasında səlahiyyətlərin bölüşdürülməsinin vacibliyini vurğulayıb.
“Bu qanun layihəsi Donbasla bağlı sülh planımızın əsas elementidir”, - deyə o vurğulayıb.