Ukrayna prezidenti Krım üzrə təmsilçisini təyin edib
23 may 2014 05:48 (UTC +04:00)

Ukrayna prezidenti Krım üzrə təmsilçisini təyin edib

Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Krım Muxtar Respublikası üzrə daimi təmsilçisini təyin edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu vəzifəyə Natalya Popoviç təyin olunub.

 

O, əvvəllər Yaltada məşğulluq mərkəzinə başçılıq edib.

 

A.Turçinovun sərəncamına əsasən, Ukrayna prezidentinin Krımdakı nümayəndəliyi Xersona köçürülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778
avatar

Oxşar yazılar