Ukrayna ordusu ölkənin şərqində separatçılara qarşı əməliyyata başlayıb
15 aprel 2014 19:31 (UTC +04:00)

Ukrayna ordusu ölkənin şərqində separatçılara qarşı əməliyyata başlayıb

0
Ukrayna ordusu ölkənin şərqində separatçılara qarşı əməliyyata başlayıb.

 

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hərbçilər Kramatorsk şəhəri yaxınlığındakı aerodromun azad olunması üçün hücuma keçiblər.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, ərazidə atışma davam edir.

 

Rusiyanın RİA Novosti agentliyi isə əməliyyat zamanı iki nəfər separatçının yaralandığı haqda məlumat yayıb. Kramatorsk özünümüdafiə dəstəsinin nümayəndəsi ölənlərin ola biləcəyini də istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1415

Oxşar yazılar