Ukrayna ordusu Kramatorska daxil olub
05 iyul 2014 21:47 (UTC +04:00)

Ukrayna ordusu Kramatorska daxil olub

0
Ölkənin şərqində antiterror əməliyyatı həyata keçirən Ukrayna ordusu Kramatorsk şəhərinə daxil olub.

Lent.az-ın "UNN"-ə istinadən məlumatına görə, bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurası məlumat mərkəzinin nümayəndəsi Andrey Lısenko bəyan edib.

 

“Hazırda Kramatorskda kəşfiyyatçılar və istehkamçılar inzibati və yaşayış binalarını yoxlayırlar” – deyə A. Lısenko bildirib.

 

Onun sözlərinə görə, yerli əhali hərbçilərə fəal şəkildə yardım göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1182

Oxşar yazılar