Lent.az-ın “UNİAN”a istinadən verdiyi xəbərə görə, “Aydar” batalyonunun döyüşçüləri separatçı Cənubi Osetiyanın “müdafiə naziri”nin köməkçisi Tamerlan Yenaldiyevi əsir götürüblər.
Məlumata əsasən, əsir götürülən silahlı döyüşlərdə iştirak etmədiyini, sadəcə, hərbi əməliyyatları seyr etməyə gəldiyini bildirib. Ancaq T. Yenaldiyev saxlanılarkən, onun üzərində silah və separatçılar üçün nəzərdə tutulmuş külli miqdarda bahalı dərman aşkarlanıb.
“Aydar” batalyonunun komandiri Sergey Melniçuk Tamerlan Yenaldiyevi Rusiyada əsirlikdə saxlanılan ukraynalı təyyarəçi Nadejda Savçenko ilə dəyişmək niyyətində olduqlarını bildirib.
Xatırladaq ki, ötən sutkada Ukrayna hərbçilərinin keçirdikləri anti-terror əməliyyatı nəticəsində, Çeçenistanın başçısı Ramzan Kadrıovun “kadırovçular”ı olmaqla 35 rusiyalı muzdlunu girov götürüblər.