Sevastopoldakı Ukrayna Hərbi Dəniz Donanmasının «Slavutiç» və «Ternopol» gəmilərinin rəhbərliyi Rusiya prezidenti Vladimir Putinin martın 4-də keçirdiyi mətbuat konfransında donanmanın ünvanına «yalan» danışmaqda ittiham edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «Flot Ukraina» qəzetinin saytında bununla bağlı xəbər yerləşdirilib.
«Biz hesab edirik ki, Rusiya Federasiyasının prezidenti yalan danışmağı özünə rəva görüb. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Krım Muxtar Respublikası ərazisində və Sevastopol şəhərində baş verənlərdə birbaşa iştirakı ilə bağlı yalan danışıb»-deyə, Ukrayna dənizçiləri bildirib.
Bəyanatda vurğulanıb ki, Krımda yerləşən Ukrayna Silahlı Qüvvələri hərbi hissəni tərk edərək, təslim olmayıb və hərbi borcuna, Ukrayna xalqına sədaqətli qalıb.