Stepan Poltorak Ukrayna Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı vəzifəsindən istefaya göndərilib. Lent.az-ın məlumatına görə, bu barədə ölkə prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov sərəncam verib.
A. Turçinov Ukrayna konstitusiyasının müvafiq maddəsini rəhbər tutaraq bu addımı atıb.