Ukrayna danışıqları mürəkkəb şəraitdə keçir
12 fevral 2015 04:42 (UTC +04:00)

Ukrayna danışıqları mürəkkəb şəraitdə keçir

Ukrayna üzrə “normand dördlüyü”nün danışıqları mürəkkəb şəraitdə gedir.

 

APA-nın məlumatına görə, bunu Ukrayna xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Yevgeni Perebeynis “112 Ukrayna” telekanalına deyib.

 

“Danışıqlar mürəkkəb şəraitdə gedir, lakin müvəffəqiyyətə də ümid edə bilərik”, deyə XİN rəsmisi qeyd edib. Rusiya xarici işlər naziri Sergey Lavrov, öz növbəsində, danışıqların səmərəli şəkildə davam etdiyini vurğulayıb.

 

Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin,  Fransa prezidenti Fransua Olland və Almaniyanın federal kansleri Angela Merkel arasında görüş yeddinci saatdır ki Minskdə davam edir. Qapalı qapılar arxasında keçirildiyindən,  görüşün təfsilatları barədə dəqiq heç bir məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431
avatar

Oxşar yazılar