ABŞ-ın Florida ştatının məhkəməsi “R.J. Reynolds Tobacco” tütün şirkətinin siqaret çəkərək, ağ ciyər xərçəngindən ölənin ailəsinə 23,6 milyard dollar ödəməsi haqda qərar çıxarıb.
Lent.az-ın “Röyter”ə istinadən məlumatına görə, şirkətə qarşı iddianı 2008-ci ildə Sintiey Robinson qaldırıb. 1996-cı ildə onun 36 yaşlı əri siqaret çəkdiyi üçün ağ ciyər xərçəngindən ölüb.
Vəkillər hesab edib ki, siqaret aludəçisi olan ər Robinsonun bu pis vərdişdən əl çəkməsi üçün şirkət tütün məmulatının zərərli olduğu barədə yetərli təbliğat aparmayıb.
“R.J. Reynolds Tobacco” məbləğin həcmindən məhkəməyə şikayət edəcəyini bildirib.