Türkiyənin müdafiə sənayesi katibi işdən çıxarıldı
28 mart 2014 10:49 (UTC +04:00)

Türkiyənin müdafiə sənayesi katibi işdən çıxarıldı

Türkiyənin müdafiə sənayesi katibi (müstəşar) Murad Bayar vəzifəsindən azad edilib.


 

APA-nın məlumatına görə, M. Bayarın vəzifəsindən azad edilməsi barədə qərar bu gün «Resmi Qazete»də yayımlanıb.

 

M. Bayarın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 11-də Azərbaycana səfəri planlaşdırılsa da, sonradan səfər aprel ayına təxirə salınmışdı.

 

Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsini tutub.

 

Türkiyə mediasında yer alan məlumatlara görə, onun prezidentin baş müşaviri və ya Kanadada səfir təyin olunması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar