İraqın Mosul şəhərindəki Türkiyənin Baş Konsulu Öztürk Yılmazın avtomobilinə bombalı basqın olub.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən məlumatına görə, basqın nəticəsində ölən və xəsarət alan olmayıb.
Mosulun təhlükəsizlik idarəsinin rəisi Qalib əl-Tai basqını törədənləri axtarılması istiqamətində əməliyyatın aparıldığını söyləyib.
Mənbə xatırladıb ki, bu ilk hadisə deyil. 2013-cü il sentyabrın 2-də də baş konsul Öztürk Yılmazın avtomobil karvanına silahlı basqın edilib.