Türkiyənin Ağrı vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 16:19-da qeydə alınıb.
Zəlzələnin ocağı 1,44 kilometr dərinlikdə olub.
Məlumata görə, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Dağıntı və xəsarət alan yoxdur.