Türkiyədə polisə növbəti hücum: ölən və yaralanan var
29 avqust 2015 01:12 (UTC +04:00)

Türkiyədə polisə növbəti hücum: ölən və yaralanan var

Türkiyənin Tunceli vilayətinin Nazımiye rayonunda təhlükəsizlik idarəsinə edilən hücum nəticəsində 1 polis əməkdaşı həlak olub.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular qumbaraatan və iri çaplı silahlardan istifadə ediblər.

 

Hadisə nəticəsində ağır yaralanan polis əməkdaşı hərbi vertolyotla Elazığa çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində daha bir dinc sakinin yüngül yaralandığı bildirilir.

 

İnsident zamanı təhlükəsizlik idarəsinin binasında yanğın olub.

 

Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə havadan dəstəkli əməliyyat başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345
avatar

Oxşar yazılar