Türkiyədə polisə növbəti hücum: 1 yaralı
08 sentyabr 2015 03:40 (UTC +04:00)

Türkiyədə polisə növbəti hücum: 1 yaralı

0

Türkiyədə növbəti dəfə polisə silahlı hücum olub.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Vanın Başkale rayonunda patrul vəzifəsi edən zirehi polis vasitəsinə qumbaraatan və əl istehsalı partlayıcı ilə hücum edilib.

 

İnsident nəticəsində yaralanan 1 polis əməkdaşı xəstəxanaya çatdırılıb.

 

Bundan başqa Vanın İpekyolu rayonunda polisə məxsus nəqliyyat vasitəsi PKK terrorçularının hücumuna məruz qalıb. Ölən ya da yaralanan olmadığı hücumun ardından hadisə yerinə çox sayda polis qüvvələri cəlb edilib.

 

Bölgədə əməliyyatın başlandığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar