Türkiyədə polis avtomobilinə silahlı hücum: 1 ölü, 1 yaralı
24 noyabr 2015 05:20 (UTC +04:00)

Türkiyədə polis avtomobilinə silahlı hücum: 1 ölü, 1 yaralı

0

Türkiyənin Şanlıurfa vilayətində polis avtomobilinin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular patrul vəzifəsi icra edən polislərə hücum edib.

 

Hadisə nəticəsində avtomobildə olan 2 polis əməkdaşı yaralanıb. Yaralılar dərhal Sivərək Dövlət Xəstəxanasına çatdırılsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

 

Terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyat davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar