Türkiyədə 5 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, hadisə Kilis – İslahiye magistral yolunun 30-cu kilometrliyində baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada 4 nəfər hadisə yerində ölüb, 2 nəfər isə təcili yardımla Kilis dövlət xəstəxanasına çatdırılıb.
Yaralılardan biri xəstəxanada ölüb, digərinin vəziyyəti ağır olaraq qalır.
Qəza ilə bağlı istintaq başlanıb, araşdırmalar davam edir.
Türkiyədə dəhşətli qəza: 5 ölü
0
0
0
0