Ankara məhkəməsi siyasətçilərin, prezident müşavirlərinin və jurnalistlərin telefon danışıqlarının dinlənilməsinə görə Diyarbəkir şəhər polis idarəsinin keçmiş rəisi Rəcəb Güvən və 9 polis zabitini barəsində həbs qətimkan tədbiri seçib.
APA-nın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Rəcəb Güvən günahsız olduğunu bildirərək ona qarşı irəli sürülən ittihamları rədd edib. Bundan əvvəl 17 nəfər həbs olunub.