Türkiyədə bələdiyyə seçkilərində namizədlərdən biri öldürüldü
31 mart 2014 18:33 (UTC +04:00)

Türkiyədə bələdiyyə seçkilərində namizədlərdən biri öldürüldü

0

Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində Səadət Partiyasından namizədliyini irəli sürən Bəhmən Aydın bu gün Siirt vilayətində naməlum silahlılar tərəfindən qətlə yetirilib. 
 

 

Lent.az-ın “Trend”ə istinadən xəbərinə görə, daha beş nəfər silahlıların atəş açması nəticəsində yaralanıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1221

Oxşar yazılar