Türkiyə qarışdı:  22 ölü, 100-dən artıq yaralı - <span style="color:red;">YENİLƏNİB
09 oktyabr 2014 00:43 (UTC +04:00)

Türkiyə qarışdı: 22 ölü, 100-dən artıq yaralı - YENİLƏNİB

Türkiyənin Mardin şəhərində baş verən iğtişaşlar zamanı daha bir nəfər öldürülüb. 

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, bununla da Türkiyədə baş verən son iğtişaşlar zamanı ölənlərin sayı 22 nəfərə çatıb. Rəsmi qaynaqlar hadisələr zamanı 100-dən çox şəxsin yaralandığını bildirir. 

*** 

00:39

Suriyanın Kobani şəhərinin İŞİD terror təşkilatı tərəfindən tutulmasına etiraz olaraq Türkiyədə keçirilən aksiyalarda ölənlərin sayı 21 nəfərə çatıb.

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Mardində 2 nəfərin güllələnmiş meyiti tapılıb.

 

İndiyə qədər Türkiyənin Kobanidə baş verənlərə biganə qaldığını bəhanə edən PKK terror təşkilatının tərəfdarları tərəfindən törədilən iğtişaşlar nəticəsində Diyarbəkirdə 10, Mardində 5, Siirtdə 3, Vanda 1, Batmanda 1, Muşda 1 nəfər ölüb.

 

İstanbul Valiliyi şəhərdə baş vermiş iğtişaşlar nəticəsində 8-i polis olmaqla 30 nəfərin yaralandığını açıqlayıb. Vanda isə 5 polis yaralanıb.

 

Ankara və İstanbul da daxil olmaqla Türkiyənin bir çox şəhərində bank şöbələri, mağazalar, maşınlar yandırılıb.

 

Hadisələr nəticəsində İstanbulda  98 nəfər, Diyarbəkirdə isə 30 nəfər saxlanılıb.

 

Siirtdə isə şəhər mərkəzindəki polis bölməsinə avtomatlarla hücum edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

 

Ölkənin 6 şəhərində fövqəladə vəziyyət elan olunub.

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bu gün keçiridyi mətbuat konfransında baş verən hadisələrin araşdırılacağını, “cözüm sürəci” adı ilə zorakılığa imkan verilməyəcəyini bildirib: “Nazirlər Kabinetində Daxili İşlər Nazirliyinin koordinatorluğu ilə 24 saat fasiləsiz çalışacaq bir mərkəz qurduq, bütün valiliklərlə bərabər işləyəcək, hər bir şəhərdə baş verən olayın arxa planı araşdıracağıq. Bu hadisələri törədənlər qanun qarşısında cavab verəcəklər. Kimsə bu cür zorakılıqların hesabının sorulmayacağını düşünürsə, yanılır. Tək-tək hesabını soracağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2540
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35