Türkiyədə antiterror əməliyyatı: <span style="color:red;">22 nəfər həbs edildi
01 aprel 2015 12:40 (UTC +04:00)

Türkiyədə antiterror əməliyyatı: 22 nəfər həbs edildi

Türkiyədə prokuroru öldürən terror təşkilatına qarşı antiterror əməliyyatı həyata keçirilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb. Antalya polisi haqqında həbs qərarı verilən 23 nəfərdən 22-si həbs edilib. Onlar DHKP-nin üzvləridir.

 

Xatırladaq ki, dünən adı çəkilən təşkilatın iki üzvü Ədliyyə Sarayında prokuroru girov götürmüş, günün sonunda keçirilən əməliyyat zamanı isə hər iki  terrorist öldürülmüşdü. Əməliyyatdan yaralı xilas olan prokuror isə xəstəxanada keçinmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205

Oxşar yazılar