Türkiyədə 60 terrorçu öldürüldü
08 fevral 2016 10:08 (UTC +04:00)

Türkiyədə 60 terrorçu öldürüldü

0

Ötən gün Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda bir evin zirzəmisində və bəzi evlərdə keçirilən əməliyyat zamanı onlarla terrorçu öldürülüb. 

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, terrorçular hüquq-mühafizə orqanlarının təslim olmaqla bağlı çağırışına məhəl qoymayan terrorçular atəş açmağa başlayıb.

 

İki saat davam edən atışmada PKK və YGD-H terror təşkilatlarının üzvü olduğu ehtimal edilən 50-dən çox terrorçu məhv edilib. TRT kanalı öldürülənlərin sayının 60 nəfər olduğunu açıqlasa da, bununla bağlı rəsmi məlumat yayılmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar