Türkiyədə 5 ildə yaşanan 15 qanlı faciə -<span style="color:red;">Tarixçə
18 fevral 2016 17:49 (UTC +04:00)

Türkiyədə 5 ildə yaşanan 15 qanlı faciə -Tarixçə

Son illərdə Türkiyədəki qanlı terror hücumlarının sayında artım müşahidə edilir.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qardaş ölkədə son 5 ildə gerçəkləşən 15 terror faciəsi zamanı ümumilikdə 266 nəfər ölüb, 765 nəfər isə yaralanıb.

 

Əsasən Türkiyənin iri şəhərlərində baş verən və yüzlərlə insanın həyatını itirdiyi həmin terror hadisələrindən biri də dünən gecə Ankarada- Türkiyənin ən böyük strateji bölgəsində baş verib. İlkin məlumata gör, 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb. Buna oxşar digər hadisə isə 4 ay əvvəl yenə Ankarada baş vermişdi.

 

Terror təşkilatları PKK və İŞİD-in törətdiyi qanlı hücumlar əsasən kamikadzelər tərəfindən gerçəkləşib.

Terror hücumlarında İstanbul, Ankara, Hatay, Qaziantep, Şanlıurfa, Diyarbəkir kimi böyük şəhərlər ilk sıralarda yer alır.

 

Məsələn, İstanbul Sultanahmet, Ankara Garı, Hatay Reyhanlı və Şanlıurfa Suruş faciələri hələ də yaddaşlardan silinmir. Hücumları gerçəkləşdirən terrorçuların böyük bir qisminin Suriya sərhədindən keçərək Türkiyəyə gəldiyi bilinir.

Lent.az Türkiyədə son 5 ildə gerçəkləşən qanlı faciələrin tarixçəsini təqdim edir.

 

17 fevral 2016-cı ildə Ankarada Dövlət Məhəlləsində bomba yüklü maşın işıqforda gözləyən xidmət maşınlarının yaxınlığında partlayıb. 28 nəfərin öldüyü bu faciədə 61 nəfər yaralanıb.

 

12 yanvar 2016-cı ildə Sultanahmet meydanındakı terror faciəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

10 oktyabr 2015-ci ildə Ankara Garında barış mitinqində baş verən hücum Türkiyə tarixinin ən qanlı terror faciəsi olub. Hadisədə 103 nəfər ölüb, 48-i ağır olmaqla 238 nəfər yaralanıb.

 

2 avqust 2015-ci ildə Ağrı Doğubayazitdə Karabulak polis bölməsinə 2 ton bomba yüklü traktorla edilən hücum zamanı 2 əsgər şəhid olub, 24 nəfər də yaralanıb. Yaxınlıqdakı kənd sakinlərinin arasından da yaralanan olduğu deyilirdi.

 

20 iyul 2015-ci ildə Şanlıurfa Suruçda baş verən partlayışda üzərində bomba olan kamikadze bir qrup gəncin təşkil etdiyi mətbuat açıqlamasında özünü partladıb. 34 nəfər ölüb, 103 nəfər də yaralanıb.

 

6 yanvar 2015-ci ildə İstanbulda İŞİD xadimi Diana Ramazanova Sultanahmet turizm şöbə müdirliyinin önündə əlində tutduğu əl bombalarını partladıb. Partlayışda 1 polis məmuru şəhid olub, 1 polis məmuru isə ölüb.

 

11 May 2013-cü ildə Hatay Reyhanlıda təşkil edilən 2 ayrı bomba hücumu zamanı 52 nəfər ölüb, 146 nəfər isə yaralanıb.

 

11 fevral 2013-cü ildə Hatay Reyhanlı Civegözü sərhəd qapısına Suriya nişanəli bomba yüklü maşınla hücum təşkil edilib. Hadisədə  4-ü türk olmaqla 13 nəfər ölüb, 26 nəfər isə yaralanıb.

 

1 fevral 2013-cü ildə Ankarada Amerika səfirliyinin önündə bir kamikadze X-ray cihazından keçərkən bombanı partladıb. Hadisə zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

11 sentyabr 2012-ci ildə İstanbul Sultangazi polis bölməsinə girən kamikadze X- ray cihazının yanında üzərindəki bombanı partladıb. Hadisə yerində 1 polis məmuru şəhid olub, 4-ü polis olmaqla 7 nəfər də yaralanıb.

 

20 avqust 2012-ci ildə Qaziantepdə Ramazan bayramının ikinci günü PKK tərəfindən gerçəkləşdirilən bombalı hücum zamanı 4-ü uşaq olmaqla 10 nəfər ölüb, 9-u ağır vəziyyətdə olmaqla 66 nəfər yaralanıb.

 

25 may 2012-ci ildə Kayseri Pınarbaşında Təhlükəsizlik İdarəsinə PKK terrorçularının təşkil etdiyi bomba partlayışında 1 polis məmuru şəhid olub, 3 terrorçu ölüb, 16 nəfər yaralanıb.

 

29 oktyabr 2012-ci ildə Bingöldə PKK terror təşkilatına mənsub şəxs üzərində daşıdığı bombanı Gənc küçəsində partladıb. Hadisə zamanı 3 nəfər ölüb, 20 nəfər də yaralanıb.

 

30 sentyabr 2011-ci ildə Antalya Göynük polis bölməsində üzərində bomba daşıyan şəxs özünü partladıb. Hadisə yerində 1 çavuş yaralanıb.

 

20 sentyabr 2011-ci ildə Ankara Kızılay Kumrular küçəsində park edilmiş avtomobildə baş verən partlayış zamanı 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325

Oxşar yazılar