Türkiyədə 4 PKK terrorçusu məhv edilib
11 avqust 2015 10:43 (UTC +04:00)

Türkiyədə 4 PKK terrorçusu məhv edilib

0

Türkiyənin iki bölgəsində 4 PKK terrorçusunun ölümü ilə nəticələnən atışma baş verib.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bingölün mərkəzi Almalı kəndində kəndə girməyə çalışan terrorçularla kənd qoruyucuları arasında yaşanan atışma zamanı 2 PKK terrorçusu öldürüldü, 1-i yaralı olmaqla, daha 2 terrorçu saxlanılıb. Yaralanan terrorçu Bingöl Dövlət xəstəxanasına aparılıb.

 

Bundan başqa, Muşun Varto mahalında da patrul vəzifəsi icra edən xüsusi hərəkat polisləri ilə PKK terrorçuları arasında baş verən atışma zamanı daha 2 PKK-çı öldürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar