PKK terrorçuları Türkiyənin Şırnak şəhərinin Beytüşşebap qəsəbəsində 2 əsgəri şəhid edib, 9 hərbçi isə yaralanıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən axşam 23:00, bu gün səhər 05:40 radələrində terrorçuların Şırnakdakı hərbçilərə hücumu zamanı iki əsgər şəhid olub. Yaralanan 9 hərbçinin həyatı üçün heç bir təhlükə yoxdur.