“Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ayın sonunda Azərbaycana gələcək”.
APA-nın məlumatına görə, bunu “APATV-nin “Manşet” verilişinin qonağı olan İsmail Alper Coşkun söyləyib.
Səfir bildirib ki, bu il Türkiyə parlamentinin sədrinin də Azərbaycana səfəri gözlənilir.
“Bu il Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının da toplantısı keçiriləcək”, - deyə diplomat vurğulayıb.