Türkiyə və Yunanıstan miqrantlarla bağlı işçi qrup yaradacaq
19 noyabr 2015 04:53 (UTC +04:00)

Türkiyə və Yunanıstan miqrantlarla bağlı işçi qrup yaradacaq

Türkiyə və Yunanıstan qeyri-qanuni miqrant axınının qabağını almaq üçün işçi qrup yaradacaqlar.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq razılaşma Ankarada, Türkiyə baş naziri Əhməd Davudoğlu və Yunanıstan baş naziri Aleksis Tsipras arasında baş tutan  danışıqlarda əldə olunub.

 

“Egey dənizində humanitar fəlakətə son qoyulmalıdır. Bu bizim insaniyyət borcumuzdur”, deyə Ə.Davudoğlu bildurub.

 

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, 2015-ci ildə Türkiyə sahillərindən Yunanıstana 450 min qaçqın keçib, 500-dən çoxu dənizdə batıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar