Türkiyə səfirliyinin avtomobili partladılıb
26 fevral 2015 10:05 (UTC +04:00)

Türkiyə səfirliyinin avtomobili partladılıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində Türkiyə səfirliyinə məxsus avtomobilə hücum edilib.

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Əfqanıstan daxili işlər nazirinin müavini Eyyub Salanyi kamikadze terrorçu tərəfindən idarə olunan avtomobilin Türkiyə səfirliyinin avtomobili ilə toqquşduğunu açıqlayıb. Nəticədə səfirliyə məxsus avtomobilin sürücüsü ölüb, daha 1 nəfər yaralanıb. Hadisə Türkiyə, İran və Almaniya səfirliklərinin binalarına çox yaxın bir ərazidə baş verib.  

 

Terrora görə məsuliyyəti “Taliban”ın öz üzərinə götürdüyü bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar