Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsi ilə bağlı qərar qəbul edib.
Lent.az-ın “Anadolu” Agentliyinə istinadən məlumatına görə, şikayətləri araşdıran məhkəmə istifadəçilərin haqlarının pozulduğunu bildirib.
Konstitusiya məhkəməsinin qərarına əsasən, bu sosial şəbəkəyə girişin yasaqlanması nəticəsində fikir azadlığı pozulub.
Türkiyəni ali məhkəməsi qəbul etdiyi qərarı uyğun addımı atılması üçün
ölkənin Telekommunikasiya, nəqliyyat, dənizçilik və informasiya nazirliklərinə göndərib.