<b>Türkiyə kəşfiyyatı 8 yaşlı uşağı İŞİD-in caynağından qurtardı</b>- FOTO
17 oktyabr 2014 17:26 (UTC +04:00)

Türkiyə kəşfiyyatı 8 yaşlı uşağı İŞİD-in caynağından qurtardı- FOTO

Bu ilin iyununda atası tərəfindən Suriyaya qaçırılan 8 yaşlı kosovalı oğlan uşağı xilas edilib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, azyaşlı Kosova və Türkiyə kəşfiyyatının birlikdə hazırladığı əməliyyatla xilas olunub.

 

Bu ilin iyulunda Kosovada televiziya proqramlarından birində qonaq olan Prenvera Abazi əri Arben Abazinin 8 yaşlı oğlu Erionu qaçıraraq Suriyada İŞİD-ə qoşulduğunu bildirib. P.Abazi ictimaiyyətə müraciət edərək övladının geri qaytarılmasında ona köməklik edilməsini xahiş edib.

 

P.Abazinin müraciətindən bir ay sonra Kosova və Türkiyə kəşfiyyatının birlikdə keçirdiyi əməliyyatla 8 yaşlı uşaq xilas edilib. E.Abazi Türkiyə Hava Yollarına məxsus təyyarə ilə dünən gecə Kosovaya gətirilib. Paytaxt Priştina aeroportunda Erionu anası P.Abazi və hakimiyyət nümayəndələri qarşılayıb.

 

Kosovanın baş naziri Həşim Taçi özünün və prezident Atifete Yahyaqanın tapşırığı ilə keçirilən əməliyyatla bağlı ətraflı məlumat verməyib.

 

İlkin ehtimala görə, təxminən 200-ə yaxın kosovalının İraq və Suriyadaki islamçı qrupların tərkibinə qatıldığı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

Oxşar yazılar