Rəsmi Ankara Fransaya İŞİD-ə qarşı zərbələr endirmək üçün Türkiyənin hava məkanından istifadə etməyə icazə verib.
APA-nın “AFP”-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-dəki diplomatik mənbə bildirib.
“Türkiyə hökuməti Fransanın müvafiq sorğusuna müsbət cavab verib”, deyə mənbə bildirib.
Qeyd olunur ki, bu, Fransa hərbi təyyarələrinin “İncirlik” hərbi bazasında yerləşdirməyə imkan verəcək.