Türkiyə əsgəri Suriyada
24 aprel 2014 02:40 (UTC +04:00)

Türkiyə əsgəri Suriyada

Türkiyənin Quru Qoşunları komandanı general Hülusi Akar Suriyadakı Süleyman Şah türbəsinin qorunması ilə bağlı hərbi gücün artırılmasında "fövqəladə bir vəziyyətin” olmadığını deyib.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, generalın sözlərinə əsasən bu “planlı bir fəaliyyətdir ”.

 

Akar Türkiyə Böyük Millət Məclisi açılışının 94-cü  ildönümünə həsr olunan mərasimdə jurnalistlərin Süleyman Şah türbəsinin qorunması ilə bağlı suallarını cavablandırıb.

 

General məsələ ilə bağlı  baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun lazımlı şərhləri verdiyini və əlavə bir fikri olmadığını söyləyib.

 

"Bu, müntəzəm bir proqram daxilində fəaliyyət sayıla bilərmi" sualına cavabında Akar deyib: "Xeyr, xeyr, yox".

 

"Bunu fövqəladə bir hal olaraq, qəbul edəkmi" sualına cavab verən general bildirib: "Xeyr , etməyin. Suriya daxilində üzərimizə düşən vəzifəni ən təsirli şəkildə gerçəkləşdirməyə çalışırıq. Fəaliyyətimiz planlıdır, onun xaricində yeni heç nə yoxdur»

     

# 1280
avatar

Oxşar yazılar