Türkiyə “İslam Dövləti”nə qarşı mübarizəyə qoşulmağa hazırdı
24 sentyabr 2014 05:28 (UTC +04:00)

Türkiyə “İslam Dövləti”nə qarşı mübarizəyə qoşulmağa hazırdı

Türkiyə “İslam Dövləti”nə qarşı əməliyyatları siyasi və ya hərbi üsullarla dəstəkləyə bilər.
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nyu Yorkda jurnalistlərə Türkiyyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.   
 
“Biz aparılan əməliyyatları müsbət qiymətləndiririk. Onlar fasiləsiz davam etdirilməlidir. Bizim  “İslam Dövləti”nə qarşı aparılan əməliyyatlara dəstəyimiz hərbi və ya siyasi ola bilər”, deyə prezident bildirib.   
 
“Türkiyə əldə etdiyi təcrübəyə əsaslanaraq “İslam Dövləti” ilə mübarizədə əlindən gələni edəcək. Bölgədə hər-hansı bir addım atılarkən Suriya və İraq vahid bir məkan kimi qəbul edilməlidir. Barak Obama belə bir addım atdı və bu düzgün yanaşma idi”, deyə Ərdoğan bildirib.   
 
Qeyd edək ki, Türkiyə hələlik  “İslam Dövləti”nə qarşı aparılan əməliyyatları hansı şəkildə dəstəkləyəcəyi ilə müəyyənləşməyib. Türkiyənin Mosuldakı baş konsulluğunun 49 əməkdaşının terrorçular tərəfindən girov saxlanılması səbəbindən Ankara son günlərədək “İslam Dövləti”nə qarşı fəal addımlardan yayınırdı. Lakin sentyabrın 20-də Türkiyə kəşfiyyatının uğurlu əməliyyatı nəticəsində girovlar azad olunub.      
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068
avatar

Oxşar yazılar