Ukraynanın müvəqqəti prezidenti, parlament sədri Aleksandr Turçinov Milli Təhlükəsizlik və Müdafiə Şurasının aprelin 13-də qəbul etdiyi “Ukraynanın ərazi bütövlüyünün qorunması və terrorçuluğa qarşı təxirəsalınmaz mübarizə tədbirlərinin müddətinin uzadılması haqda” qərarı təsdiqləyib.
Lent.az-ın «Unian.net»-ə istinadən məlumatına görə, uyğun fərman prezidentin saytında yerləşdirilib.
Qərar tam gizli olduğundan onun mətni açıqlanmayıb.