Ukrayna parlamentinin sədri, ölkənin müvəqqəti prezidenti Aleksandr Turçinov bildirib ki, Ukraynanın şərqində antiterror əməliyyatlar bərpa edilib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, o, vurğulayıb ki, Rusiya ölkənin şərqində terrorçuları dəstəkləyir və koordinasiya edir.
“Terrorçular Donetsk bölgəsini girov götürüb. Onlar çoxdandır insanlıq sərhədini aşıb. Silahlı cinayətkarlar hökumət binalarını ələ keçirir, ukraynalı və xarici jurnalistləri girov götürürlər. Ukrayna vətənsevərlərinə işgəncə verir, onları qətlə yetirirlər.
Gerçək təhlükəni və insanların müdafiəsinin vacib sayaraq, biz antiterror əməliyyatları bərpa etdik” - deyə, Turçinov «Rada» telekanalı ilə müraciətində bildirib.