Tunis müxalifətinin liderinin qatili məlum oldu
31 mart 2015 03:31 (UTC +04:00)

Tunis müxalifətinin liderinin qatili məlum oldu

İŞİD terror qruplaşmasının üzvü Əbu Mukatil ət Tunisi qruplaşmanın aylıq nəşrinə müsahibəsində tanınmış tunisli siyasətçi Məhəmməd Brahmini qətlə yetirdiyini etiraf edib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə İŞİD-in nəşr resurslarının monitorinqini həyata keçirən SITE Intelligence Group təşkilatı məlumat yayıb.   

 

Terrorçunun sözlərinə görə, o siyasətçini ölkədə vəziyyəti gərginləşdirmək məqsədi ilə qətlə yetirib. Əbu Mukatil ət Tunisi 2014-cü ildə Suriyaya yollanaraq İŞİD-ə qoşulub.

 

Xatırladaq ki, Tunisin dünyəvi müxalifətinin lideri Məhəmməd Brahimi 2013-cü ildə qətlə yetirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185

Oxşar yazılar