Gürcüstan paytaxtındakı məşhur Eliava bazarında təxminən 17.30 radələrində alovlanan boya anbarı söndürülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, anbarın söndürülməsində 30 yanğınsöndürmə maşını, 125 nəfər xilasedici və bir neçə helikopterlər iştirak edib. Hadisə nəticəsində ölən olmayıb, 3 nəfər yaralanıb, bir yanğınsöndürən və bir feldşer tüstüdən zəhərlənib.
Məlumata görə, yanğın 500 kvadratmetr sahəni əhatə edib.
Hadisə yerinə Tiflis şəhər meri David Narimaniya gəlib.
Hazırda polis yanğın baş verən ərazidə araşdırma aparır. Hadisənin başvermə səbəbi araşdırılır.