Ticarət mərkəzində güclü yanğın: 1 ölü, 4 yaralı
27 noyabr 2016 21:03 (UTC +04:00)

Ticarət mərkəzində güclü yanğın: 1 ölü, 4 yaralı

Rusiyanın İjevsk şəhərində ticarət mərkəzində güclü yanğın olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın 4 min kvadratmetr ərazini əhatə edib.

 

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  Ticarət mərkəzinin damı qismən uçub. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

 

Yanğının səbəbi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 343

Oxşar yazılar