Təyyarənin şassisindən yeniyetmənin cəsədi aşkarlanıb
06 iyun 2014 04:39 (UTC +04:00)

Təyyarənin şassisindən yeniyetmənin cəsədi aşkarlanıb

Norveçdən Hollandiyanın Amsterdam şəhər hava limanına uçan təyyarənin şassisində yeniyetmənin cəsədi aşkarlanıb.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, təyyarə Hollandiyanın “KLM” hava şirkətinə məxsusudur.

 

Sxipol hava limanının sərhəd xidməti bildirib ki, ölənin təxminən 17-yə yaxın yaşı var. O, hündür boylu, qamətli və açıq saçlıdır.

 

Məlumata əsasən, o, soyuqdan və oksigen çatışmazlığından ölüb.

 

Norveç hakimiyyəti bildirib ki, çox güman o, Oslodan olan 17 yaşlı yeniyetmədir. Çünki bu yaxınlarda valideynləri həmin əlamətli oğlanın itməsi ilə bağlı polisə müraciət edib.

 

 

Mənbə xatırladıb ki, bu ilin aprelində ABŞ Federal Təhqiqat Bürosu 16 yaşlı oğlanın təyyarənin şassisində Kaliforniyadan Havay adalarına uçması haqda məlumat vermişdi. Evdən qaçaq bu yeniyetmə 11 km hündürlükdən uçub. Havaya çatandan sonra o, təyyarəni sərbəst şəkildə tərk etməyə cəhd göstərəndə polislər tərəfindən saxlanılıb.

 

Uçarkən soyuqdan və oksigen çatışmazlığından əziyyət çəksə də, həkimlərin apardığı yoxlama zamanı onun sağlıq durumunun normada olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1481

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45