Təyyarənin düşdüyü ərazidə yeni insan qalıqları aşkarlandı
31 oktyabr 2014 21:19 (UTC +04:00)

Təyyarənin düşdüyü ərazidə yeni insan qalıqları aşkarlandı

Ukraynada “Boeing 777” təyyarəsinin qəzaya uğradığı ərazidə yeni insan qalıqları aşkarlanıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın baş naziri Mark Rütte bildirib.

 

“Hadisə yerində Niderland, Ukrayna və ATƏT ekspertləri tərəfindən yeni insan qalıqları aşkarlanıb. Onlar əvvəl Xarkova, müvafiq məhkəmə-tibbi  ekspertizadan sonra isə Niderlanda aparılacaq”, deyə Rütte bildirib. Onun sözlərinə görə, qəza ərazisində vəziyyət dəyişkən olaraq qalır: “Bir gün sakitlik, digər gün isə şiddətli döyüşlər gedir”

 

Xatırladaq ki, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsinin Donetsk vilayətində qəzaya uğraması nəticəsində  298 nəfər həlak olub. Onlardan 193 nəfəri Niderland vətəndaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1144
avatar

Oxşar yazılar