İndoneziyada dəhşətli qəza: Ölənlərin sayı 135-ə çatdı - <span style="color:red;">YENİLƏNİB
01 iyul 2015 07:50 (UTC +04:00)

İndoneziyada dəhşətli qəza: Ölənlərin sayı 135-ə çatdı - YENİLƏNİB

İndoneziyanın Medan şəhərində “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerdə ölənlərin sayı hələ ki məlum deyil.

 

Bundan əvvəl İndoneziya Hərbi Hava Qüvvələrinin komandanı Aqus Supriyatna bildirmişdi ki, hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 101 sərnişin və 12 ekipaj üzvü olub, sağ qalan olmayıb. Xilasedicilər isə qəza nəticəsində yerdə 3 nəfərin öldüyünü açıqlamışdılar.

 

Qeyd edək ki, ABŞ istehsalı olan “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsi Medan şəhəri yaxınlığında yerləşən hərbi bazadan havaya qalxarkən qəzaya uğrayıb. A.Supriyatnanın sözlərinə görə, qəzadan bir neçə saniyə əvvəl pilotlar mühərrikdə nasazlığın əmələ gəlməsi barədə dispetçerlərə məlumat veriblər.

 

Gecə saatlarında da davam edən axtarış-xilasedici əməliyyatında yüzlərlə hərbçi, polis və xilasedicilər iştirak edir.

 
***
 
İndoneziyada hotel üzərinə düşən Hercules C-130 hərbi yük təyyarəsinin göyərtəsində 113 nəfər olub.

APA-nın i24 news-a istinadən verdiyi məlumata görə, onlardan 101 sərnişin və 12 nəfər ekipaj üzvü olub.

 

İndoneziya Hərbi-Hava Qüvvələrinin komandanı Aqus Supriatna bildirib ki, onların hamısının öldüyü güman edilir. Onun sözlərinə görə, artıq 49 nəfərin meyiti tapılıb.

 

Qəza qurbanlarının sayının artacağı istisna olunmur. 

***
 
İndoneziyanın Medan şəhərində ABŞ istehsalı olan “Hercules C-130” hərbi təyyarəsinin hotelin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Medana Eko Triandi xəstəxanasının xilasedici qrupunun üzvü bildirib ki, biri uşaq olmaqla 38 nəfərin cəsədi tapılıb, daha bir neçə nəfərin cəsədi dağıntılar altında qalır.

 
***
 İndoneziyanın Medan şəhərində ABŞ istehsalı olan “Hercules C-130” hərbi təyyarəsi otelin üzərinə düşüb. Nəticədə azı 30 nəfər həlak olub.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, həlak olanların sayının artacağı istisna olunmur.

 

Məlum olub ki, təyyarə İndoneziyanın Medan hərbi bazasından Natuna adasına gedirmiş. Otel işçilərinin sözlərinə görə, təyyarə otelin binası üzərində partlayıb. Təyyarənin qalıqları iki yaşayış evi və elektrik xətlərinə ziyan vurub. 
 


Qəzaya uğrayan zaman təyyarənin göyərtəsində 12 heyət üzvü, eləcə də sərnişinlər olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Oxşar yazılar