Məşhur reklamın balaca “aktyorları” <span style="color:red;">DANIŞDI
29 aprel 2014 12:46 (UTC +04:00)

Məşhur reklamın balaca “aktyorları” DANIŞDI

 

 

 

Türkiyənin Korkuteli rayonunun İmecik kəndində çəkilən Türk Hava Yollarının (THY) reklam filmində rol alan uşaqların xəyallarını ilk dəfə çəkiliş zamanı mindikləri təyyarə gerçək etdi.

 

 

Lent.az-ın məlumatına görə, şəhərlərdən uzaqda bir kənddə yaşayan uşaqlar heyvandarlıqla məşğul olan valideynlərinə kömək etmək üçün dərsdən sonra keçi-qoyun otarırdılar. İndi isə onlar Türkiyə ulduzlarına çevriliblər.

 

 

 

Daha əvvəl başqa-başqa sənətlərə meyl edən uşaqlar indi pilot olmaq istəyirlər.

Reklam filmində oynayan 10 yaşlı Elvan Böyükqursaq Anadolu Agentliyinin müxbirinə deyib ki, reklam filmi üçün əvvəlcə kənddəki məktəbdə bütün uşaqların fotoları çəkilib. Daha sonra həmin 3 uşaq üzərində dayanıblar.

 

 

 

Reklam filmində oynayacağı söyləndikdə çox sevinən Böyükqursaqq, "Çəkilişlərdə havalar bir az soyuq idi, üşüdük, amma filmdə rol almaq çox maraqlı idi" deyib.

 

 

Reklam filminin digər balaca aktyoru 9 yaşlı Kərim Ardıç isə filmdə özlərinin düzəltdiyi təpəyə çıxaraq təyyarəyə "gəl buraya, gəl", "piste en" dediyini, pilota da salam verdiyini söyləyib. Filmdən sonra pilot olmağa qərar verdiyini bildirən Ardıç, "Təyyarəyə minməyi çox istəyirəm. Böyüyəndə pilot olmaq istəyirəm”.

 

 

 

Reklamda çəkilən digər 10 yaşlı aktyor  Nihat Küçüksolak da daha öncə təyyarəyə heç minmədiyini və gələcəkdə pilot olmaq istədiyini deyib.

 

 

 

Nihatın atası Ali Küçüksolak deyib ki, kənddə aparılan çəkilişlər çox maraqlı və zövqlü keçib.

 

 

 

O həmçinin qeyd edib ki, çəkilişlər kəndlə yanaşı Antalyadakı hava limanında baş tutub: “Kəndimiz reklam filmi sayəsində daha çox diqqəti cəlb etdi. Bu film kəndimiz üçün çox gözəl oldu. Amma bizim ən böyük problemimiz sudur. İçməli suyu 18 kilometr uzaqlıqdan gətiririk. Biz burda hava limanı istəmirik, su istəyirik. Su yoxdursa, həyat da yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088
avatar

Oxşar yazılar