Televiziya diktoru qətlə yetirilib
02 mart 2015 16:53 (UTC +04:00)

Televiziya diktoru qətlə yetirilib

Daşkənddə Özbəkistan televiziyasının diktoru Rahmatilla Mirzəyev qətlə yetirilib.

 

APA-nın “Ferqana” saytına istinadən verdiyi xəbərə görə, bu barədə R. Mirzəyevin həmkarı Muslimbəy Yoldaşev məlumat verib.

 

Qətlin təfərrüatları hələlik məlum deyil.

 

Qeyd edək ki, R. Mirzəyev “Axborot” (“Xəbərlər”) informasiya proqramının aparıcısı olub. O, böyük populyarlığa malik olduğundan tez-tez müxtəlif məclislərə dəvətlər alırdı. Ötən ilin sentyabrında R. Mirzəyevin 60 yaşı tamam olub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar