Tələbə qızları terrorçularla evləndirdilər
02 noyabr 2014 11:18 (UTC +04:00)

Tələbə qızları terrorçularla evləndirdilər

Nigeriyada 6 ay əvvəl "Boko Haram" terror təşkilatı tərəfindən qaçırılan 200 tələbə qızın taleyinə aydınlıq gəlib. Lent.az-ın dünya mediasına istinadən məlumatına görə, özünü təşkilatın lideri kimi təqdim edən Əbu Bəkir Şekau hökumətin həmin qızların ailələrinə geri qaytarılacağı ilə bağlı açıqlamasını təkzib edib. Başına 7 milyon dollar qoyulmuş Şekau deyib ki, xristian dininə mənsub olan həmin qızların hamısının dini dəyişdirilib və onlar silahlılarla evləniblər. 

 

Terror təşkilatının rəhbəri Çad hökuməti ilə razılığa gəlmələri ilə bağlı xəbərləri də təkzib edib.

 

Qeyd edək ki, Afrikada "Boko Haram" təşkilatının törətdiyi qətliamlar nəticəsində minlarla insan həlak olub, yüz minlərlə sakin isə daimi yaşayış yerini tərk etməyə məcbur olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2364
avatar

Oxşar yazılar