İtaliyanın təhsil nazirinin çılpaq fotoları yayılıb. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, İtaliya hökumətinin səkkiz qadın nazirindən biri olan Stefania Giannini çimərlikdə günəş vannası qəbul edərkən çılpaq fotoları çəkilib.
54 yaşındakı Stefania Giannini mövzu ilə bağlı açıqlama verməzdən daha əvvəl də kabinetin ən gözəl naziri Konstitusiya islahatlarından məsul Maria Elena Boschi bikinisi ilə göstərilib.
Matteo Renzi hökumətinə müxalifətdə olan bəzi mətbuat orqanları Giannininin paltarsız fotoşəkillərini yayaraq bunu belə qiymətləndiriblər: “Dövlət çılpaq qaldı”.