Tehranda qasırğa: ölənlərin sayı 5-ə çatıb, 30 nəfər xəsarət alıb - <span style="color:red;">YENİLƏNİB
03 iyun 2014 02:19 (UTC +04:00)

Tehranda qasırğa: ölənlərin sayı 5-ə çatıb, 30 nəfər xəsarət alıb - YENİLƏNİB

Tehranda qum qasırğası nəticəsində ölənlərin sayı 5-ə çatıb, 30 nəfər xəsarət alıb.


 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, qum qasırğası Bakı vaxtı ilə saat 18:00-dan başlayaraq şəhəri bürüyüb, küləyin sürəti saatda 120 km/s-yə çatıb.

***

21.47

Tehranda qum qasırğası nəticəsində 3 nəfər ölüb.


 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, İranın paytaxtında küləyin sürəti saatda 120 km çatıb.

 

Mənbə bildirib ki, güclü külək ağacları kökündən çıxararaq, havaya qaldırıb. Xəbərdə təbii fəlakət nəticəsində xəsarət alanların sayının onlarla olduğu da qeyd olunub.

 

 

İlkin məlumata əsasən, təqribən 50 min evə elektrik enerjisinin verilməsi dayandırılıb. Sakinlərin çoxu zirzəmilərə sığınmağa üstünlük verib.

 

Tehranın hava limanında beynəlxalq aviareyslər təxirə salınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1555
avatar

Oxşar yazılar