Tehran qadın –rejissora 6 il iş kəsib
20 iyun 2014 05:43 (UTC +04:00)

Tehran qadın –rejissora 6 il iş kəsib

0

İran məhkəməsi sənədli filmlər müəllifi və qadın haqlarının müdafiəçisi Mahnaz Məhəmmədini  5 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o,  2009-cu ildə tutulub. Ancaq məhkəmə onu indi “milli təhlükəsizliyə qarşı çıxmaqda, hakimiyyətə qarşı təbliğat aparmaqda” ittiham edərək, “təqsirli bilib”.

Bundan başqa Mahnaz Məhəmmədi “BBC”, “əl-Cəzirə”, “Radio France International” və “Amerikanın səsi” ilə əməkdaşlıqda suçlu bilinib.

39 yaşlı Mahnaz Məhəmmədi daha çox 2006-cı ildə çəkdiyi «Səyahətnamə» sənədli filmi ilə məşhurdur. Bu kino-lent bir neçə mükafat alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1252

Oxşar yazılar