Təcavüzkar kəşfiyyatçını öldürən qadın edam olunacaq
21 aprel 2014 21:22 (UTC +04:00)

Təcavüzkar kəşfiyyatçını öldürən qadın edam olunacaq

İranda cinsi təcavüzkarını öldürdüyü üçün edam cəzasına məhkum edilən qadınla bağlı hökmün bir ay ərzində gerçəkləşəcəyi gözlənilir.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, İslam Respublikasının vətəndaşı 26 yaşlı Reyhanə Cabbari 7 il öncə İran xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Mürtəza Abdullahi-Sərbəndi tərəfindən cinsi təcavüzə məruz qalıb. Bu zaman o, özünümüdafiə məqsədi ilə təcavüzkarı öldürüb.

 

Mənbə xatırladıb ki, 2007-ci ildə Sərbəndi ofisinin dekorasiya edilməsi üçün onda 19 yaşın olan Cabbirini çağırıb. Ofisdə ona təcavüz edib. Bu zaman özünümüdafiə etmək istəyən qadın onu bıçaqlayıb. Keçmiş kəşfiyyatçı aldığı bıçaq yarasından ölüb.

 

Olaydan sonra Cabbari iki il Tehrandakı həbsxanalardan birində saxlanılıb. Ona ailəsi və vəkilləri ilə görüşmək yasaqlanıb.

 

Bir neçə gün öncə o, vəkilinə deyib ki, bir ay ərzində onu asacaqlar. Bundan sonra məsələ yenidən gündəmə gəlib.

 

Əgər məhkəmə Reyhanə Cabbari qarşı iddialarından əl çəkməzsə, o zaman gənc xanım dar ağacından asılacaq.

 

BMT və insan haqlarını müdafiə edən qurumlar Tehran hakimiyyətini Reyhanə Cabbirini  edam etməkdən çəkinməyə çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Oxşar yazılar