Tayvan 6,4 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın “sözcü.com.tr”-yə istinadən verdiyi məlumata görə, Tayvanın şərq sahilində 6,4 ballıq zəlzələ olub.
Ölkənin paytaxtı Taypey də daxil olmaqla bir çox bölgədə titrəmə hiss olunsa da , insan ölümü və dəymiş zərər haqqında məlumat verilməyib. Çin Zəlzələ Mərkəzinin verdiyi məlumata görə, sarsıntının dərinliyi 7-km yerin altındadır.