Tanınmış teleaparıcının yalan danışdığı məlum oldu
08 fevral 2015 15:19 (UTC +04:00)

Tanınmış teleaparıcının yalan danışdığı məlum oldu

ABŞ-ın məşhur NBC televiziyasının xəbər aparıcısı Brayn Vilyams barəsində kanal rəhbərliyinin qərarı ilə daxili təhqiqat başlanılıb. Lent.az-ın məlumatına görə, bu qərardan sonra Vilyams bir müddət efirə çıxmayacağını bəyan edib.

 

Kanal rəhbərliyinin bu addımı atmasına səbəb tanınmış aparıcının İraq müharibəsi zamanı yalan danışması olub. Belə ki, gecə xəbərlərini təqdim edən aparıcı canlı yayımda demişdi ki, səddam Hüseyn tərəfdarlarının 2003-cü ildə vurduğu helikopterdə o da olub və xoşbəxtlikdən sağ qurtulub. Üstündən xeyli vaxt keçməsindən sonra aparıcının yalanının üstü açılıb və o, çətin duruma düşüb.

 

Bu arada teleaparıcı həmin vaxt yanlışlıqla yalan danışdığını deyib və hamıdan üzr istəyib. Nüfuzuna xələl gələcəyini düşünən NBC telekanalının rəhbərliyi isə daxili təhqiqat yolu ilə məsələyə son qoymağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187
avatar

Oxşar yazılar